HƏR BİRİNİZƏ DƏRİN TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK!!
Görülən bütün işlərin sitemli təşkili, hər kəsin bu nəcib təşəbbüsdən yararlanması üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonda başladılan “Əl-Ələ Verək, Dəstək Olaq” layihəsinə demək olar ki, bir parça çörəyini paylaşmaq istəyən hər kəs qoşuldu və rayonumuzun aztəminatlı ailələrinə dəstək göstərildi.
Bu işdə ən fəallar isə rayonun yerli iş adamları, sahibkarlar, Rusiyada yaşayan, çalışan imkanlı şəxslər oldular, onlar da aztəminatlı ailələrə yardım kampaniyasına qoşulub ehtiyacı olan ailələrə dəstək göstərirdilər.
Xüsusi karantin müddətində Şəmkir rayonda 14 min 275 aztəminatlı ailəyə, 65 yaşından yuxarı tənha qocalara ərzaq yardımı göstərildi.
Şəmkir Rayon İcra Hakimiyyəti və bütün şəmkirlilər adından elimizin səxavətli oğullarına təşəkkür edir, sakinlərimizə sağlam həyat arzulayırıq!
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi Şəmkirdə də karonavirusla mübarizə tədbirləri sistemli, operativ şəkildə davam etdirilir.