Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov məşqçi müəllimlər və idmançılarla görüş keçirmişdir.
Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Alimpaşa Məmmədov «Olimpiyaçılar aramızda» devzialtında yeniyetmələr arasında keçirilmiş Sərbəst güləş üzrə yarışda iştirak etmiş idmançılar və məşqçi müəllimlərlə görüş keçirmişdir.
Görüşdə cənab Alimpaşa Məmmədov idmançıları salamlamış və yarışın qaliblərini birdaha təbrik etmişdir. Alimpaşa Məmmədov qeyd edib ki,növbəti illər ərzində uğurlu naliyyətlər qazanılmalı və qazanılan nailiyyətlər nə idmançılarımızda, nə də məşqçilərimizdə arxayınçılığa səbəb olmamalıdır. Bu nailiyyətlərin davamlı olması üçün maksimum çalışmaq lazımdır. Xüsusilə, ehtiyat qüvvələrin aşkarlanması və diqqətdə saxlanılması çox vacib məsələdir.
Alimpaşa Məmmədov bildirib ki, kiçik yaşlı uşaqların hazırlığına xüsusi diqqət yetirilməlidir. Məhz bu məqsədlə də federasiyanın prezidenti cənab Fazil Məmmədov tərəfindən yeniyetmə və gənc güləşçilərin inkişafı proqramı təsdiqlənib və bu proqram uğurla icra edilir. Hamımızın bildiyi kimi perspektivli güləşçilər yığma komandalara cəlb olunur, beynəlxalq səviyyəli müxtəlif yarışlarda olkəmizi təmsil edərək, ölkəmizdən 1000 km –lə kənarlarda dövlət himnimizi səsləndirərək dövlət bayrağımızı ucaldırlar. Elə buna görədə sizlərdə çalışmalısınız ki, sizlərindən sıralarından bucur idmançılar yetişsin və bundan qabaqkı dönəmlərdə olduğu kimi yenede ölkəmizdən kənarda dövlətimizi qururla və fəxarət hissiylə təmsil etsinlər.
Sonra idmançılar və məşqçilər öz fikirlərini paylaşaraq bildilər ki, yaxın gələcəkdə onlarından sıralarından bucür idmançılar çıxacaq.
Sonda Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov idmançılarla xatirə şəkilli çəkdirdi.