Şriftin ölçüsü :

Saytın rəngi :

"Bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram"

11 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

Açılış mərasimində dövlətimizin başçısı xalqımıza karonavirusla mübarizə çərçivəsində qaydalara əməl etməyə çağırıb.

"Hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.

Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstərmişlər. Buna baxmayaraq, vəziyyət tam nəzarət altındadır. Bizim xəstəxanalarda kifayət qədər yerlərimiz var, reanimasiya şöbələrimizdə də həmçinin. Eyni zamanda, əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Bu günə qədər hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin".

Prezident Cənab İlham Əliyev bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıb və bildirib ki, Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı dövlətimizin bütün addımlarını dəstəkləyirlər:

-"Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır".

Keçidlər