Bütün bu işlər əhalinin narahatçılığının olmamasına xidmət edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı dövlətimizin koronavirusla mübarizə sahəsində apardığı səmərəli tədbirlərdən biridir.
Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır.
Dünyanı koronavirus təhlükəsi bürüdüyü bir vaxtda qısa bir zamanda tibbi maska və dizenfeksiya vasitələri istehsal edən sahələrin istifadəyə verilməsi Azərbaycanda hər bir həssas dövr üçün istehsal sahələrini qurmağa imkan verən infrastrukturun formalaşması deməkdir. Təbii ki, müasir dövrün çağırışlarına cavab verən infrastrukturun ölkəmizdə formalaşması cənab İlham Əliyeviin uzaq görən siyasətinin sayəsində meydana gəlib.
Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı, istehsalçı ölkələrin isə tibbi maska ixracını dayandırması bir vaxtda bu fabrikin açılması ölkə başçmısının əhalinin sağlamlığını nə qədər düşünməsinin bariz nümunəsidir.
Bütün bu işlər vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir.
Artıq apteklərdə tibbi maska ilə əlaqədar qıtlıq bununla da sona çatacaq və Azərbaycan qısa zaman kəsiyində nəyinki, özünü təmin edəcək, habelə digər qonşu dövlətlərə də maska satmağı bacaracaq.