Şəmkirdə «Olimpiyaçılar aramızda» devizi altında yeniyetmələr arasında Sərbəst güləş üzrə rayon birinciliyi keçirilmişdir.
25 dekabr 2014 | 16:00
23-24 dekabr 2014-cü il tarixdə Şəmkir Olimpiya İdman Kompleksində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə «Olimpiyaçılar aramızda» devizi altında yeniyetmələr arasında Sərbəst güləş üzrə Şəmkir rayon birinciliyi keçirilmişdir. 12 çəki dərəcəsində keçirilən yarışda 148 idmançı öz qüvvəsini sınamışdır.Qalib gələn idmançılar və ilk 3 yeri tutmuş məşqçilər Şəmkir rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən diplom,medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.