Şriftin ölçüsü :

Saytın rəngi :

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

18 oktyabr 2025 | 11:10
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyəti barədə danışıblar. Qeyd olunub ki, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu tədbirləri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. Uzaqgörən siyasət sayəsində Azərbaycan müstəqilliyini daha da gücləndirib, xalqın rifahının artırılması istiqamətində həyata keçirilən islahatlar isə bu gün də öz səmərəli nəticələrini verməkdədir.
Vurğulanıb ki, bu siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyin inkişafı və möhkəmlənməsi üçün məqsədyönlü islahatlar aparılır. Eyni zamanda, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında işğal edilmiş əraziləri azad edərək xalqımızın qəhrəmanlıq salnaməsini yazdı.
Tədbirdə həmçinin dövlət müstəqilliyinin əhəmiyyəti, Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlar barədə geniş məlumat verilib.
Keçidlər