Şriftin ölçüsü :

Saytın rəngi :

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

18 aprel 2026 | 12:36

Şəmkir şəhərində yerləşən Alman Lüteran kilsəsində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günün münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Yeni Azərbaycan Partiyasının Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov, müəssisə rəhbərləri, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir çərçivəsində Şəmkir Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi kitab sərgisi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rayonda fəaliyyət göstərən abidə mühafizəçiləri tərəfindən hazırlanmış ekspozisiya və rəssam Fərman Hüseynovun rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Bədii hissədə Şəmkir Rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin musiqi və rəqs ansambllarının çıxışları, solistlərin və aşıqların ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Eyni zamanda Şəmkir Şəhər Uşaq Musiqi Məktəbinin xor kollektivinin və müəllimlərin ifası tədbirə xüsusi rəng qatıb.

Keçidlər