ŞƏMKİRDƏ KÜMÇÜLƏRƏ 450 QUTU BARAMA QURDU PAYLANILIB
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Şəmkirdə zəruri işlər görülür.
Bu məqsədlə Kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlətimizin başçısının tapşırığına əsasən ölkənin bütün bölgələrində olduğu kimi Şəmkir rayonunda da bu sahəyə ciddi diqqət göstərilir və baramaçılığın inkişafına dair tapşırıqlarının icrası nəzarətdə saxlanılır.
Bu il 36 yaşayış məntəqəsi üzrə 176 kümçüyə verilən 450 qutu ipəkqurdunun Şəmkirdə baramaçılığın inkişafında əhəmiyyətli rola malik olacağı gözlənilir. Ən əsası isə rayon sakinlərinin baramaçılıq sahəsindəki peşəkarlığı bu sahənin əhali arasında geniş yayılması üçün stimul yaradır.
Rayonda baramaçılıqla məşğul olan kümçülər qeyd edirlər ki, ipəkqurdu olan otağın teperaturu 24-25C olmalıdır. Keyfiyyətli barama əldə etmək üçün isə gərək, tut yarpağı əskik olmasın. İpəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur.