Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiyada yaşayan iş adamı ETİBAR BAYRAMOV #ƏlƏləVerək #DəstəkOlaq layihəsi çərçivəsində DƏLLƏR qəsəbəsində 70 aztəminatlı ailəyə dəstək göstərib

30 aprel 2020 | 16:00

COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Cənab Prezidentin #BizBirlikdəGüclüyük çağırışına Şəmkirin vətənpərvər övladları tərəfindən dəstək hər gün artmaqda davam edir.

Elimizin səxavətli oğulları, iş adamları dayanmadan aztəminatlı ailələrə yardım kampaniyasına qoşulmaqda davam edirlər.

Bu dəfə Dəllər qəsəbəsinin Rusiya Federasiyasında yaşayan iş adamı Bayramov Etibar Elman oğlu qəsəbənin 70 aztəminatlı ailəsinə ərzaq yardımı göstərib.

Onu da qeyd edək ki, yardım paketinə düyü, makaron, vermeşil, yumurta, qarabaşaq, şəkər tozu, qənd, çay, günəbaxan yağı, kərə yağı, duz, çörək, kartof, soğan daxil edilib.

TƏŞƏKKÜRLƏR!!!

Şəmkir sizin kimi övladlarla qürur duyur!

ƏGƏR SİZ DƏ “#ƏL-#ƏLƏ #VERƏK #DƏSTƏK #OLAQ” LAYİHƏSİNƏ QOŞULMAQ İSTƏYİRSİNİZSƏ,

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

(+99450) 511-21-61

Keçidlər