DÜYƏRLİNİN Rusiyada yaşayan övladları tərəfindən "#ƏlƏləVerək #DəstəkOlaq" layihəsi çərçivəsində 80 aztəminatlı ailənin evində "ÜMİD SÜFRƏSİ" qurulub
27 aprel 2020 | 16:00
COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Cənab Prezidentin #BizBirlikdəGüclüyük çağırışına Şəmkirin vətənpərvər övladları tərəfindən dəstək hər gün artmaqda davam edir.
Elimizin səxavətli oğulları, iş adamları dayanmadan aztəminatlı ailələrə yardım kampaniyasına qoşulmaqda davam edirlər.
Bu dəfə DÜYƏRLİ kəndinin Rusiya Federasiyasında çalışan iş adamları tərəfindən doğma kəndlərində 80 aztəminatlı ailənin evində "ÜMİD SÜFRƏSİ" qurulub.
TƏŞƏKKÜRLƏR!!!
Şəmkir sizin kimi övladlarla qürur duyur!
ƏGƏR SİZ DƏ “#ƏL-#ƏLƏ #VERƏK #DƏSTƏK #OLAQ” LAYİHƏSİNƏ QOŞULMAQ İSTƏYİRSİNİZSƏ,
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
(+99450) 511-21-61