"GƏNC TƏBİBLƏR BİRLİYİ" DƏ #ƏlƏləVerək #DəstəkOlaq LAHİYƏSİNƏ QOŞULDULAR
COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Cənab Prezidentin #BizBirlikdəGüclüyük çağırışına Şəmkirin vətənpərvər övladları tərəfindən dəstək hər gün artmaqda davam edir.
Kimi aztəminatlı ailələrə ərzaq yardımı göstərir, kimi xətələrin dərmanlarına köməklik edir, kimi isə könüllü şəkildə yaşlılara və tənhalara xidmət göstərir.
Bir sözlə, bir parça çörəyi olan da paylaşmaq üçün can atır.
Bu dəfə "Böyük Yol" Gənclərin İctimai Birliyinin bi parçası olan "Gənc Təbiblər Birliyi" #ƏlƏləVerək #DəstəkOlaq layihəsinə qoşulub.
Belə ki, birlik üzvləri Şeidlər kəndində tənha və yaşlı insanların, aztəminatlı ailələrin qapılarını döyüb evlərində müayinə edib, ərzaq yardımı göstəriblər.
Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.