SADAY SƏFƏROV "#ƏlƏləVerək #DəstəkOlaq" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ QILINCBƏYLİDƏ 70 AİLƏYƏ DƏSTƏK GÖSTƏRİB
COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Cənab Prezidentin #BizBirlikdəGüclüyük çağırışına Şəmkirin vətənpərvər övladları tərəfindən dəstək hər gün artmaqda davam edir.
Elimizin səxavətli oğulları, iş adamları daynamadan aztəminatlı ailələrə yardım kampaniyasına qoşulmaqda davam edirlər.
Bu dəfə QILINCBƏYLİ kəndindən olan sahibkar, elimizin səxavətli övladı SƏFƏROV SADAY FİRƏDDİN OĞLU doğma kəndinin 70 aztəminatlı ailəsinə ərzaq yardımı edib.
Onu da qeyd edək ki, yardım paketinə düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, qənd, çay, günəbaxan yağı, kərə yağı, duz və çörək daxil edilib.
TƏŞƏKKÜRLƏR!!!
Şəmkir sizin kimi övladlarla qürur duyur!
ƏGƏR SİZ DƏ “#ƏL-#ƏLƏ #VERƏK #DƏSTƏK #OLAQ” LAYİHƏSİNƏ QOŞULMAQ İSTƏYİRSİNİZSƏ,
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
(+99450) 511-21-61