Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Ümummilli lider Heydər Əliyevin anım günü tədbiri keçirilmişdir.

11 dekabr 2014 | 16:00

Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 11 il ötür. Azərbaycanda, istərsə də Azərbaycandan kənarda da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım günü mərasimləri keçirilir.
12 dekabr 2014-ci il tarixdə saat 10:00 –da Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Şəmkir rayonunda da tədbir keçirilmişdir. Anım mərasimi  Ulu Öndər Heydər Əliyevin abidəsinin önündə olmuşdur. İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, dövlət himni səsləndirilmişdir.
Anım günündə Şəmkir rayon İcra Hakimyyətinin Başçısı cənab Alimpaşa Məmmədov, Aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərliyi və rayonun aparıcı müəssisələrinin rəhbərliyi tərəfindən Ulu Öndərin heykəlinin önünə əklillər qoyuldu.
Sonra meydana toplaşmış 10 500 nəfər rayon sakinləri Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli önünə tər qərənfillər düzmüş  və  abidə önündə ehtiramla baş əyərək,Onun əziz xatirəsini hörmətlə yad etmişlər.

Keçidlər