S.VURĞUN KƏNDİNİN MƏKTƏB MÜƏLLİMLƏRİ DƏ "#ƏL-#ƏLƏ #VERƏK #DƏSTƏK #OLAQ" LAYİHƏSİNƏ QOŞULDULAR
COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Cənab Prezidentin #BizBirlikəGüclüyük çağırışına Şəmkirin vətənpərvər övladları tərəfindən dəstək hər gün artmaqda davam edir.
Elimizin səxavətli oğulları, iş adamları, təhisil və səhiyyə işçiləri daynamadan aztəminatlı ailələrə yardım kampaniyasına qoşulmaqda davam edirlər.
Bu dəfə S.Vurğun kənd M.Əzizbəyov adına tam orta məktəbin kollektivi 10 ailəyə ərzaq yardımı göstərib.
Onu da qeyd edək ki, yardım paketinə düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, qənd, çay, günəbaxan yağı, kərə yağı, duz, kartof, soğan, un və çörək daxil edilib.
TƏŞƏKKÜRLƏR!!!
ƏGƏR SİZ DƏ “#ƏL-#ƏLƏ #VERƏK #DƏSTƏK #OLAQ” LAYİHƏSİNƏ QOŞULMAQ İSTƏYİRSİNİZSƏ,
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
(+99450) 511-21-61