Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ FƏALİYYƏT GÖSTƏRƏN BİR QRUP İSTİLİKXANA SAHİBLƏRİ DƏ "#ƏL-#ƏLƏ #VERƏK #DƏSTƏK #OLAQ" LAYİHƏSİNƏ QOŞULDULAR

13 aprel 2020 | 16:00

COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Cənab Prezidentin #BizBirlikəGüclüyük çağırışına Şəmkirin vətənpərvər övladları tərəfindən dəstək hər gün artmaqda davam edir.

Elimizin səxavətli oğulları, iş adamları daynamadan aztəminatlı ailələrə yardım kampaniyasına qoşulmaqda davam edirlər.

Bu dəfə Şəmkirdə fəaliyyət göstərən İSTİLİKXANA SAHİBLƏRİ rayon ərazisində yaşayan 50 ailəyə ərzaq və maddi yardım göstəriblər.

Belə ki, elimizin mərd oğullarının yardım səbətinə düyü, makaron, vermişel, konfet, qarabaşaq, şəkər tozu, qənd, çay, günəbaxan yağı, kərə yağı, duz, çörək, müxtəlif növ şirniyatlar, kartof, soğan, meyvə və hər bir ailəyə 3 kq ət daxil edilib.

TƏŞƏKKÜRLƏR ELİMİZİN SƏXAVƏTLİ ÖVLADLARI !!!

Şəmkir sizin kimi övladlarla qürur duyur!

ƏGƏR SİZ DƏ “#ƏL-#ƏLƏ #VERƏK #DƏSTƏK #OLAQ” LAYİHƏSİNƏ QOŞULMAQ İSTƏYİRSİNİZSƏ,

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
(+99450) 511-21-61

Keçidlər