Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Ümummilli Lider, Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

10 dekabr 2014 | 16:00

Bu günlər ölkəmizin hər yerində Ümummilli Lider, Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir. Azərbaycan xalqı bir daha o böyük şəxsiyyətin xatirəsini ehtiramla yad edir. Şəmkir Heydər Əliyev Mərkəzi də dekabr ayının əvvəlindən başlayaraq Ulu öndərin anım günüylə bağlı silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərə Şəmkirin təhsil və səhiyyə müəssisələrində aparılan mühazirələr və səyyar kitabxanalar, məktəblər arasında keçirilən, Ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən albom yarışması, şer və bədii qiraət yarışmaları daxildir. Bundan başqa rayonun bir çox məktəbləri tərəfindən Şəmkir Heydər Əliyev Mərkəzində Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş onlarla açıq dərslər keçirilib.
Həmçinin Şəmkir Heydər Əliyev Mərkəzi bu il daha bir yenilik etdi və Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun müxtəlif idarə və təşkilatları, bankları arasında Umümmilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini – futbol turniri təşkil etdi.
  10 dekabr 2014-cü il tarixdə isə Şəmkir Heydər Əliyev Mərkəzində Şəmkir rayon İcra hakimiyyəti ilə birlikdə Ulu öndərin xatirəsinə həsr olunmuş böyük  anım tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, aparatının işçiləri, YAP rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə rəhbərləri, rayon ağsaqqalları, ziyalılar, gənclər iştirak ediblər.
“Müasir Azərbaycan tarixini yazan dahi şəxsiyyət” məruzəsi ilə çıxış edən  Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə xronoloji olaraq Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, onun Azərbaycanı məhv olmaqda olan bir ölkədən  müasir, güclü bir Azərbaycan etmək üçün həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən bəhs edərək, cənab prezident İlham Əliyevin bu günkü uğurlarından  danışdı.
Sonra tədbir iştirakşıları Ulu öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin  Şəmkirə səfərləri haqqında  mərkəz tərəfindən hazırlanmış  filmə tamaşa etdilər.

Keçidlər