Şriftin ölçüsü :

Saytın rəngi :

ÇİNARLININ SƏXAVƏTLİ ÖVLADLARI 150 AİLƏYƏ DƏSTƏK OLDULAR

12 aprel 2020 | 16:00

COVİD-19 qlobal pandemiyası ilə mübarizə çərçivəsində Cənab Prezidentin #BizBirlikəGüclüyük çağırışına Şəmkirin vətənpərvər övladları tərəfindən dəstək hər gün artmaqda davam edir.

Rusiya Federasiyasının Moskva şəhərində çalışan, yaşayan Çinarlı qəsəbəsinin səxavətli oğulları, iş adamları da aztəminatlı ailələrə yardım kampaniyasına qoşulublar.

Yurdumuzun mərd övladları öz vəsaitləri hesabına doğma qəsəbələrində yaşayan 150 aztəminatlı ailəyə, 65 yaşından yuxarı tənha qocalara ərzaq yardımı göstəriblər.

Çinarlı qəsəbə İcra Nümayəndəliyi, qəsəbə bələdiyyəsi və “LÜKS” Marketin təşkilatçılığı ilə həyata keçirilən yardım kompaniyasında ərzaqları könüllülər ünvanlara çatdırıblar.

Hər ərzaq paketinə 25 kq un, düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, qənd, çay, günəbaxan yağı, kərə yağı, duz və çörək daxil edilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi Şəmkirdə də karantin rejiminin tələblərinə ciddi əməl olunur.

TƏŞƏKKÜRLƏR!!!

Şəmkir sizin kimi övladlarla qürur duyur!

ƏGƏR SİZ DƏ “#ƏL-#ƏLƏ #VERƏK #DƏSTƏK #OLAQ” LAYİHƏSİNƏ QOŞULMAQ İSTƏYİRSİNİZSƏ,

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
(+99450) 511-21-61

Keçidlər