Şəmkir Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir.
07 dekabr 2014 – cü il tarixdə Şəmkir rayon İcra hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00 – da başlamış və saat 14:00 – dək davam etmişdir.Qəbula yazılmış 52 nəfər vətəndaşın müraciəti dinlənilmiş,vətəndaşlar tərəfindən edilmiş çox saylı müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur. Vətəndaşlar tərəfindən edilmiş cox saylı müraciətlərin bir qismi yerində həll edilmiş,digər müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.