Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRİMİZİN MƏRD OĞULLARI "ƏL-ƏLƏ VERƏK, DƏSTƏK OLAQ" LAYİHƏSİNDƏ FƏALLIQ GÖSTƏRİBLƏR

10 aprel 2020 | 16:00

İLK QOŞULAN “VEST FİNANCE” VƏ KOLLEKTİVİ OLDU

Ən gözəl insani keyfiyyətlərdən biri xeyirxahlıqdır. İnsan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlığı, ülvi hissləri göstərən başlıca amillərdən biridir.

Nə yaxşı ki, bu gün Şəmkirdə də bu ənənə yetərincə və layiqincə yerinə yetirilir. Rayonumuzda xeyirxahlıqla məşğul olan saysız-hesabsız sahibkarlarımız, iş adamlarımız var.

Cəmi 24 saat bundan öncə elimizin həmin mərd oğullarına səsləndik, #Əl-#Ələ #Verək, #Dəstək #Olaq layihəsinə qoşulmağa dəvət etdik. Məqsədimizsə, Şəmkirimizin ehtiyacı olan aztəminatlı ailələrinə dəstək göstərilməsi idi.

Dünyanın bəlada olduğu bir zamanda ONLAR-Şəmkirimizin səxavətli övladları, dövlətinə, xalqına dəyər verən vətənpərvər oğulları bu çağırışa biganə qalmadılar.

#Əl-#ələ #verək, #dəstək #olaq layihəsi çərçivəsində ilk kömək Şəmkirdə fəaliyyət göstərən “VEST FİNANCE” MMC-nin təsisçisi Əliyar Əsgərov və təşkilatın direktoru Dəllər Cəyir kənd sakini İlkin Həsənovdan gəldi.

Belə ki, şirkət əməkdaşları özlərinin təsis etdiyi siyahıya uyğun olaraq Dəllər qəsəbəsi və Dəllər Cəyir kəndində 50 aztəminatlı ailəyə ərzaq yardımı etdilər, onları bu çətin gündə sevindirib, evlərində ümid süfrəsi qurdular.

TƏŞƏKKÜRLƏR “VEST FİNANCE”

ƏGƏR SİZ DƏ ƏL-ƏLƏ VERƏK DƏSTƏK OLAQ LAYİHƏSİNƏ QOŞULMAQ İSTƏYİRSİNİZSƏ,
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

(+99450) 511-21-61

Keçidlər