ŞƏMKİR RİH-DƏN DA BİR YENİLİK
İLK DƏFƏ VİDEO-KONFRANS KEÇİRİLDİ
Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin effektliyinin artırılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov inzibati ərazi dairə nümayəndələri ilə videobağlantı vasitəsilə müşavirə keçirib.
İcra başçısı video-konfrans vasitəsilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrini yerlərdə əhaliyə çatdırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, İƏD nümayəndəliklərinin və bələdiyyələrin vətəndaşlar arasında fərdi şəkildə maarifləndirmə işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.
Bununla yanaşı İƏD nümayəndələrinə göstəriş verilib ki, hər bir ailə, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələr nəzarətə götürülməli, əhalinin sıx toplaşdığı ərazilərdə, kənd mərkəzlərində, ictimai-iaşə obyektlərinə ciddi nəzarət olunmalı, insanların təmas imkanları minimuma endirilməli, vətəndaşların yalnız ciddi ehtiyac olduğu təqdirdə evdən çıxmalıdırlar.
İcra başçısı bildirib ki, kənd və qəsəbələrdə dezinfeksiya işlərinə xüsusi nəzarət edilməli, mobil qrupların köməyi ilə insanları maraqlandıran bütün məsələlərə anında münasibət göstərilməlidir.
Eyni zamanda icra nümayəndələri kənd təsərrüfatı ilə məşğul olan sakinlərə arayışların verilməsində də diqətli olmalı, bu təbəqədən olan vətəndaşlara lazımi dəstək göstərilməlidir.
Video-konfransa sakinlərə qarşı diqqətli və həməry olmaq, insalara dəstək olmaq, yaşlılara qarşı həssas olmaq və ən əsası isə hər hansı bir neqativ hal baş verdiyi halda dərhal rayonda yaradılmış xüsusi qərargaha məlumat verilməsi xüsusi qeyd edilib.
İcra başçısı hazırda müşahidə olunan həssas dönəmdə ölkə Prezidentinin “daim vətəndaşın yanında olun” tapşırığına uyğun olaraq hər kəsin məsuliyyətli olmağa və tələb olunan qaydalara əməl edilməsində qüsursuz fəaliyyət göstərmələri barədə göstəriş verib.