Şəmkirdə Yeni Azərbaycan Partiyasının namizədləriylə görüş keçirilib.
Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının namizədləri ilə görüş keçirilib. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Azərbaycan Respublikası Milli Məslisinin üzvü, YAP Nəsimi rayon təşkilatının sədri xanım Məlahət İbrahimqızı , Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Məsul işçisi cənab Rəfayıl Gülməmmədov, “SƏS” Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, YAP Seçki Qərargahı Şəmkir rayon Şöbəsinin üzvləri və müxtəlif ərazi ilk partiya təşkilatlarından olan partiya fəalları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri cənab Fəxrəddin Vəliyev qarşıdan gələn və keçiriləcək dördüncü seçkidən danışdı. O, çıxışında bələdiyyə seçkilərinin idarəetmə mexanizmində mühüm rol oynadığını, bələdiyyələrin Avropa ölkələrinin idarəetmə sistemində geniş təcrübəyə və böyük nüfuza malik olduğunu qeyd etdi.
Şəmkir rayonunun sürətli inkişafı haqqında məlumat verən YAP Şəmkir rayon təşkilatının sədri ötən illər ərzində rayonun tamamilə dəyişdiyini, inkişaf etdiyini, yeni yolların salındığını, təhsil və səhiyyə müəssisələrinin əsaslı şəkildə təmir olunduğunu qeyd etdi. O, cari bələdiyyə seçkilərinə “Rifah və Quruculuq Naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına və Şəmkir rayonunun bu seçkilərdə öncül yerlərdən birini tutacağına inamını ifadə etdi.
Daha sonra görüşdə bələdiyyələrin ölkə miqyasında aparılan abadlıq-quruculuq işlərində yaxından iştirakına, yerli özünüidarəetmə orqanlarının bu işlərdə təşəbbüskar olmasının vacibliyindən danışıldı.