İCRA BAŞÇISI TİBB İŞÇİLƏRİNƏ SƏSLƏNİB-"SİZ BİZİM GÖRÜNMƏYƏN QƏHRƏMANLARIMIZSINIZ"
"Gəlin onları qorumaq üçün #EvdəQalaq"
Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləri ilə görüş zamanı deyib.
İcra başçısı Azərbaycanda koronavirusa qarşı mübarizədə görülən tədbirlərdən danışıb, tibb işçilərinin fədakarlığını vurğulayıb.
Alimpaşa Məmmədov bildirib ki, dövlətə güvən və inam heç şübhəsiz ki, ekstermal şəraitdə bir daha sınanır və şükürlər olsun ki, bu gün Azərbaycan xalqı Öz dövlətinə güvənir, dövlət də Öz xalqının yanındadır.
Bu gün həkimlərimiz, orta və kiçik tibb işçilərimiz heç bir təmənna və minnət güdmədən həyatlarını risk altında qoyaraq "ağ donlu mələklər" kimi hər gün onlarla insanın həyatını qara ölümün pəncəsindən qoparırlarsa, dincəlmək, istirahət etmək, şənbə, bazar günü sözlərini belə unudublarsa, bizim yorulmaq haqqımız yoxdur,- deyirsə, Təcili Yardım işçiləri, yatmıram, buna sadəcə vaxt yoxdur söyləyirsə, biz bu insanlara niyə qəhrəman deməyək!: “Siz bizim #gizli #qəhrəmanlarımızsınız. Siz hər bir canlının xilaskarısınız. Sizinlə fəxr edir, qürur duyuruq, əziz həkimlər”.
Tibb işçiləri ilə görüşdə icra başçısı koronavirus təhlükəsi ilə bağlı əhaliyə də müraciət edib.
Bu fədakar insanların əməyinə hörmət etmək hər birimizin borcudur və bizdən tələb olunan da çox şey deyil: #evdə #qal, #həyatda #qalasan!
Cənab Prezidentin bu gərgin və məsuliyyətli günlərdə söylədiyi " #Biz #birlikdə #güclüyük" tezisi heç də təkcə şüar deyil.
Biz birlikdə çox uğurlara imza atmışıq, çox çətinlikləri dəf etmişik, bütün sınaqlardan şərəflə, üzüağ çıxmışıq. Birliyimiz sayəsində koronavirus pandemiyasını da aradan qaldıracağıq, bu mübarizədən minimum itgi ilə çıxacağıq.
Cənab Prezidentin “#Biz birlikdə güclüyük!” çağırışı isə uzun illər Azərbaycanın uğur və zəfər simfonyası olacaqdır”.