İcra başçısı apteklərdə maska və spirt satışı ilə maraqlanıb - FOTOLAR
İcra başçısı apteklərdə maska və spirt satışı ilə maraqlanıb - FOTOLAR
Koronavirus infeksiyasının (COVİD-19) Şəmkir rayonunda yayılmasının qarşısının alınması ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əhalinin bu dönəmdə tibbi maskalara, dezinfeksiyaedici məhlullara, gigiyenik vasitələrə, spirtlərə gündəlik tələbatının normadan artıq olduğunu, ölkə üzrə bu məhsulların qıtlığının müşahidə olunduğunu, vətəndaşların müraciətlərini nəzərə alaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov və RİH başçısı yanında Qərərgahın üzvlərinin iştirakı ilə rayonda fəaliyyət göstərən apteklərdə reydlər keçirilib.
Tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanan rayon rəhbərinə bildirilib ki, apteklərə gündəlik 50 ədəd tibbi maska verilir və bütün apteklər adama bir ədəd olmaqla həmin maskalar pulsuz paylanılır.
Tibbi spirt və əlcək satışında isə heç bir problem yoxdur.
Qərərgah tərəfindən aptek sahiblərinə istər tibbi maska, istərsə də spirt satışı ilə bağlı xəbərdarlıqlar edilib. Əldə olan imkanlardan maksimum dərəcədə istifadə edərək vətəndaşların tibbi maska və spirtlə təminatına çalışmaları tövsiyə olunub.
Məlumat üçün bildirək ki, RİH başçısı tərəfindən həyata keçirilən reyd və maarifləndirmə tədbirləri mütəmadi şəkildə keçiriləcək.