Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ GENİŞMİQYASLI DEZİNFEKSİYA İŞLƏRİ APARILIR

02 aprel 2020 | 16:00

 

ŞƏMKİRDƏ GENİŞMİQYASLI DEZİNFEKSİYA İŞLƏRİ APARILIR

Bildiyiniz kimi, Şəmkir rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə məqsədyönlü, sürətli və operativ tədbirlər görülür.

Görülən işlərin yüksək səviyyədə və daha çevik aparılması üçün RİH tətəfindən Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları bütün lazımi avadanlıqlarla təchiz olunub, 100 nəfərdən ibarət 56 qrup yaradılıb, maşın və avadanlıqlar yüksək iş qabiliyyətinə gətirilib.

Şəmkir rayonu ərazisində Gigiyena və Epidemiologiya Mərkəzlərinin həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə ictimai yerlərdə, xüsusən insanların sıx məskunlaşdığı ərazilərdə koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə genişmiqyaslı dezinfeksiya işləri aparılır.

Rayonda yerləşən bütün ərazilər-yaşayış binaları, fərdi evlər, banklar, idarə, müəssisə və təşkilatlar, küçələr, parklar, avtobus dayanacaqları, ictimai nəqiliyyat dezinfeksiya olunub.

Eyni zamanda ilk dəfə olaraq yeni yuyucu məhsulla Şəmkir küçələrində də dezinfeksiya işləri aparılıb.

Keçidlər