Şriftin ölçüsü :

Saytın rəngi :

KÖNÜLLÜLƏRDƏN NƏCİB AKSİYA-1000 ƏDƏD MASKA DÜZƏLTDİLƏR

30 mart 2020 | 16:00

Şəmkir RİH başçısı yanında Qərargah tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı ölkəmizdə həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq nəcib aksiya təşkil olunub.

Belə ki, rayonun fəal könüllüləri tərəfindən evlərdə hazırlanmış, təkrar istifadə oluna biləcək 1000 ədəd qoruyucu maska DOST Xidmətinin və Şəmkir Kommunal Müəssisələr Kombinantının əməkdaşlarına paylanılıb.

Həmçinin əməkdaşlarla maarifləndirici söhbətlər aparılıb, gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.

DOST Xidmətinin və Şəmkir Kommunal Müəssisələr Kombinantının əməkdaşları bu nəcib aksiyaya və göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər