Şriftin ölçüsü :

Saytın rəngi :

MOBİL QRUPLAR KƏNDLƏRDƏ DƏ SAKİNLƏRİ EVDƏQALMAĞA SƏSLƏYİR

29 mart 2020 | 16:00

Şəmkir rayonunda koronavirusa yoluxma hallarının minimuma endirilməsi üçün diqqətdə saxlanılan sahələrdən biri də əhali arasında maarifləndirmə işinin aparılmasıdır.

Bu məqsədlə Şəmkir şəhəri ilə yanaşı kənd və qəsəbələrdə də əhalinin maarifləndirilməsinə, karantin qaydalarına əməl edilməsinə xüsusi önəm verilir.

Bunun üçün polis orqanlarının nümayəndələri ilə birgə fərdi izahetmə-xəbərdarlıq işinin aparılmasına Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət mobil qruplar kəndlərdə də .

Çaparlı kəndində yaradılmış mobil qrup üzvləri də koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə #Evdə #Qal #sağlam #Qal #Dövlətə #dəstək #olaq #Əzizlərimiziqoruyaq şüarı altında kənd sakinləri arasında maarifləndirici tədbirlər həyata keçiriblər.

Aksiyada kənd məktəbinin gənc müəllimləri fəal iştirak ediblər.
Onlar sakinlərdən məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə bu qaydalara riayət etmələrini xahiş ediblər.

Keçidlər