Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Beynəlxalq Əlillər günü” ilə əlaqədar tədbir keçirilmişdir.

03 dekabr 2014 | 16:00

3 dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir filialı və Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən birgə  keçirilmişdir.
Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanların iştirakı ilə keçirilmiş tədbirin açılışını Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov etmişdir. İştirakçıları salamlayan Cənab Alimpaşa Məmmədov dövlətimizin və şəxsən ölkə başçısı İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Şəmkir rayonunda həyata keçirilən işlərdən danışıb.
Daha sonra Paraolimpiya oyunlarının qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər