Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RİH BAŞÇISI YANINDA OPERATİV QƏRARGAH MÖHTƏKİRLƏRƏ XƏBƏRDARLIQ EDİR

29 mart 2020 | 16:00

DİQQƏT!!!

ŞƏMKİR RİH BAŞÇISI YANINDA OPERATİV QƏRARGAH MÖHTƏKİRLƏRƏ XƏBƏRDARLIQ EDİR

Şəmkir RİH başçısı yanında Operativ Qərargah rayon ərazisində insanların bugünki çətin durumundan istifadə etməyə çalışan ayrı-ayrı möhtəkirlərə xəbərdarlıq edir...

Bildiririk ki, Operativ Qərargaha sakinlər tərəfindən daxil olan məlumatlara əsasən rayon ərazisində öz şəxsi mənafeyini düşünən bəzi işbazlar vəziyyətdən istifadə edərək ərzaq, xüsusilə, un məmulatlarının qiymətlərində (25-26 manatdan, 35-36 manata) süni artım etməyə çalışırlar.

Apardığımız monitorinqlər zamanı pərəkandə və səyyari satış həyata keçirən həmin möhtəkirlərin qarşısı alınmış və cəzalandırılmışdır.

Nəzərinizə çatdırırıq ki, rayon ərazisində bu kimi qanunsuz əməllərə əl atan, insanların çətin durumundan istifadə edən hər bir şəxs aşkar edilən kimi ciddi cəza tədbirləri görüləcəkdir.

Əziz şəmkirlilər,

Xüsusilə, səyyari satış yolu ilə öz manafeyini düşünən belə möhtəkirlərlə Siz də qarşılaşsanız, OPERTAİV QƏRARGAHIN QAYNAR XƏTT (050 511-21-61) nömrəsinə məlumat verməyinizi xahiş edirik!

Keçidlər