Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRLİLƏRƏ SƏSLƏNİRİK

28 mart 2020 | 16:00

ŞƏMKİRLİLƏRƏ SƏSLƏNİRİK

#EVDƏ #QALIN, #DOĞMALARINIZI #XİLAS #EDİN

KARANTİN REJİMİNƏ RİH ƏMƏKDAŞLARI, POLİS VƏ İDMANÇI GƏNCLƏRDƏN İBARƏT MOBİL QURUPLAR NƏZARƏT EDƏCƏK


Şəmkir rayonu ərazisində xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət məqsədilə mobil quruplar yaradılıb.

#EvdəQal aksiyasında qurup üzvləri təhkim olunduğu ərazilərdə olan insanlar arasında koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejminin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işini aparacaqlar.

178 qrupun 3 nəfərdən ibarət üzvləri arasında Şəmkir RİH əməkdaşları, könüllü gənclər, idmançılar və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları daxil edilib. Eyni zamanda RİH başçısının inzibati ərazi nümayəndələri, bələdiyyələr, habelə digər dövlət qurumlarının əməkdaşları da mobil qurupların tərkibinə daxil edilib.

Quruplarda olan hər bir gənc xüsusi fərqləndirici formalar, nişanlar və qoruyucularla təmin edilib.

Bu gün mobil qurupların üzvləri ilə görüşən Şəmkir RİH başçısı Alimpaşa Məmmədov və Şəmkir Rayon Polsi Şöbəsinin rəisi Elnur Həsənov şəmkirlilərin sağlamlığı üçün görülən tədbirlərin bir hissəsi olan gənclərə və polislərə uğurlar arzulayıblar.

Bildirilib ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Qərargahın əsas məqsədi dünyanın bəlasına çevirilən, insan həyatı üçün təhlükə olan koronavirusla mübarizədə bütün xalqımızı bir olmağa, həmrəy olmağa, bəşəriyyətin bəlasına çevrilən virusu yaymamaq üçün evdə qalmağa dəvət etməkdir.

Keçidlər