ŞƏMKİRDƏ KARONAVİRUSLA MÜBARİZƏ TƏDBİRLƏRİ DAHA DA GÜCLƏNDİRİLDİ
Şəmkirdə koronavirusla mübarizə tədbirləri gücləndirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə, eləcə də Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Yanında Operativ Qərargahın tərtib etdiyi qrafikə əsasən, gücləndirilmiş iş rejimində çalışan Gigeyina və Epidemiologiya Mərkəzinin Şəmkir şöbəsinin əməkdaşlarından əlavə, Rayon Mənzil İstismarı və Kommunal Müəssisələri idarəsin əməkdaşları da kütləvi dezinfeksiya işlərinə cəlb olunublar.
Şəmkir şəhərinin prospekt, küçə və xiyabanları xüsusi texnikalarla yuyularaq dezinfeksiya edilib. Şəhər ərazisindəki səkilər, meydanlar dezinfeksiyaedici məhlullarla yuyulub.
Bundan başqa, şəhər ərazisindəki parklar, uşaq meydançaları, yaşayış və digər sosial binaların həyətləri, giriş hissələri, pilləkən marşları, həyətlərdə sakinlərin daha çox istifadə etdiyi yerlərdə oturacaqlar, idman və əyləncə qurğularında, parkinqləridə, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
Şəhər və kəndlərarası ictimai nəqliyyat vasitələri də gündəlik dezinfeksiya olunandan sonra xəttə buraxılır.
Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərlə yanaşı, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Qərargahın təşəbbüsü ilə yerli sakinlərlə mütəmadi olaraq koronavirusun simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılır.
Qeyd edək ki, Şəmkirdə koronavirusla mübarizə tədbirləri karantin müddəti bitənədək davam etdiriləcək.