ƏZİZ ŞƏMKİRLİLƏR,
Ötən gün gecə saatlarında bir xanımın Şəmkirdə koronavirusla bağlı vəziyətin çox ağır olması ilə bağlı səsyazısı yayılmışdır.
Şəmkir RİH başçısı yanında yaradılmış Operativ Qərargah bu məlumatların yalan olduğunu və sakinləri təşvişə salmaq üçün qərəzli olduğu haqda sakinlərimizi məlumatlandırdı.
Lakin bunlar həmin şəxsin məsuliyətdən yayınması üçün səbəb ola bilməzdi.
Çünki bu çətin zamanda insanları qorxuya və təşvişə salmağın özü də bir cinayətdir.
Əziz şəmkirlilər,
Nəzərinizə çatdırırıq ki, həqiqətə uyğun olmayan səs yazısı ilə əhalini qorxuya salan şəxsi Şəmkir polisi ifşa edib.
Sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsinin apardığı araşdırmalar zamanı məlub olub ki, həmin qadının Gəncə şəhər sakini, 41 yaşlı Elmira Məmmədovadır.
Saxlanılan qadın səs yazısının bu qədər ajiotaj yaradcağını düşünmədiyini və bu üzdən hamıdan üzr istədiyini bildirib.
Elmira Məmmədova saxlanılan şəxs: Düzdür bilmədən etmişəm. Amma yenə də bu səhvdir. Narahat etdiyim insanlardan üzr istəyirəm. Həqiqətən də bu bilərəkdən olmayıb. Sadacə atamı və ailəmi qorumaq üçün bu addımı atmışam. Tək bir insan ailə üzvümüzə qardaşımın yoldaşına göndərmişəm. Yaratdığım narahatçılığa görə Azərbaycan xalqından üzr istəyirəm.
Elmira Məmmədovanın barəsində yerli məhkəmə tərəfindən inzibati həbs qətiimkan tədbiri seçilib.