Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir rayon Düyərli kəndində sakinlərlə görüş keçirdi.
2 dekabr 2014-cü il tarixdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov,Şəmkir rayon Düyərli kənd sakinləri ilə görüş keçirmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının və rayonun digər idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.
Sakinlərlə görüş zamanı Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov geniş çıxış edərək, son illərdən bəri Şəmkirdə gedən abadlıq, quruculuq işlərinin hər biri ilə yaxından tanış olduğunu bildirmiş, 15 noyabr 2014 – cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəmkir rayonuna etdiyi səfərdə rayonumuza verilmiş yüksək qiymətdən danışmış, səfər zamanı açılmış Şəmkirçay su anbarının, Çörək zavodunun və təməli qoyulmuş Aqropark kompleksinin əhəmiyyətindən geniş məlumat verərək bildirmişdir ki, bu layihə 1,5 – 2 ildə tam istifadəyə veriləcək və layihə Şəmkir rayonu üçün böyük əhəmiyyət kəsb edəcəkdir.
Sonra görüşdə iştirak edən kənd sakinləri onları narahat edən problemlərdən danışdılar və problemlərinin həlli üçün köməklik istədilər. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə,müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Daha sonra, Şəmkir rayon İcra hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov Düyərli kənd “Körpələr Evi-Uşaq bağça”sı və Düyərli kənd xəstəxanası ilə tanış olmuş, öz məsləhət və tövsiyələrini vermişdir.