Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətinin MƏLUMATI

18 mart 2020 | 16:00

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının Şəmkir rayonu ərazisində yayılmasının qarşısının alınması və sizlərin sağlamlığınızın təhlükəsizliyi baxımından Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyətində də vətəndaşların qəbulu müvəqqəti olaraq məhdudlaşdırılaraq elektron müraciət formasına keçirilmişdir.

İcra Hakimiyyəti başçısı yanında yaradılmış Qərargah tərəfindən bildirilir ki, vətəndaşların müraciətlərinə baxılması üçün bütün imkanlarımızdan istifadə olunacaqdır.
Müraciətlərinizi bizə necə ünvanlaya bilərsiniz?


Birbaşa olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və məsul şəxslərinə ünvanlamaq üçün:
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov
E-mail: mail@shamkir-ih.gov.az
QEYD: Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı RİH-in sosail şəbəkələrdə olan bütün rəsmi səhifələrində admindir və ünvanlanan bütün müraciətlərə şəxsən Alimpaşa Məmmədovun özü tərəfindən baxılır.


RİH başçısının birinci müavini Qüdrət Əliyev
TEL: (02230) 5-55-55 E-mail: shamkirrih_birincimuavin@shamkir-ih.gov.az


RİH başçısının müavini Fəxrəddin Vəliyev
TEL: (02230) 5-32-68 E-mail: shamkirrih_siitp@shamkir-ih.gov.az


RİH başçısının müavini Aynur Abdullayeva
TEL: (02230) 5-32-74 E-mail: shamkirrih_ishm@shamkir-ih.gov.az


Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdiri Sənan Quliyev
TEL: (02230) 5-33-63 E-mail: shamkirrih_svm@shamkir-ih.gov.az


Əlavə məlumat almaq üçün:
RİH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elgün Seyidov
TEL: (02230) 5-31-49 E-mail: mail@shamkir-ih.gov.az


Hörmətlə,
Şəmkir Rayon İcra Hakimiyyəti

Keçidlər