Şriftin ölçüsü :

Saytın rəngi :

TÜRKAN QƏDİMOVA "GƏNCLƏRİN MƏDƏNİ İNKİŞAFI BİRLİYİ"NİN YENİ SƏDRİ SEÇİLDİ

14 mart 2020 | 16:00

Şəmkir rayonunda gənclərlə bağlı uğurla icra olunan layilərdən biri də “Gənclərin Mədəni İnkişafı Birliyi”dir.

Birlik üzvləri rayonun ictimai-siyasi, mədəni həyatında mühüm rol oynamaqla yanaşı, mədəniyyət sahəsində çalışan gənclər arasında təcrübə mübadiləsinin aparılması, mədəni irsimizin, tarixi keçmişimizin qorunub saxlanılması işinin təbliği istiqamətində də mühüm işlər görürlər. Bu isə istər rayon rəhbərliyi, istərsə də ictimaiyyət tərəfindən həmişə yüksək qiymətləndirilib.

Elə birliyə sədr seçimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gəncləri tək buraxmamışdı. İcra başçısı rayonda fəaliyyət göstərən “Böyük Yol” Gənclərin İctimai Birliyinin tərkib hissəsi olan “Gənc Həkimlər Birliyi”, “Gənc Tərbiyyəçilər Birliyi”, “Gənc Müəllimlər Birliyi”, “Gənclərin Mədəni İnkişafı Birliyi” və “Gənc Xeyriyyəçilər Birliyi”nin fəaliyyətlərini yüksək qiymətləndirib, onların gördükləri işlərin əvəzi olmadığını bildirib.

Tədbirin sonunda birlik üzvlərinin səsverməsinin nəticəsinə görə Türkan Qədimova “Gənclərin Mədəni İnkişafı Birliyi”nin sədri seçilib.

Göstərilən etimada görə birlik üzvlərinə təşəkkür edən yeni sədr birliyin fəaliyyətinin daha da genişləndirilməsi, birliyə yeni ideaların tətbiqi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Türkan xanımı təbrik edir, işlərində uğurlar arzulayırıq!

Keçidlər