Şriftin ölçüsü :

Saytın rəngi :

ALİ MƏHKƏMƏNİN SƏDRİ ŞƏMKİRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB

13 mart 2020 | 16:00

Martın 13-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Şəmkir Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ali Məhkəmənin sədri, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərində abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Daha sonra R.Rzayev vətəndaşları qəbul edib. Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb, digər qaldırılan məsələlər üzrə Ali Məhkəmənin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması ilə bağlı ölkə Prezidenti tərəfindən yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.

Səfər çərçivəsində Ali Məhkəmənin sədri Şəmkir Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Keçidlər