Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ BARAMAÇILIĞIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR

13 mart 2020 | 16:00

Şəmkirdə baramaçılığın daha da inkişaf etdirilməsi, 2020-ci ildə bu sahədə qarşıdan duran vəzifələr mövzusunda qərərgahın iclası keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərərgah üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov son illərdə rayonda aqrar sektorun, xüsusilə də baramaçılığın inkişafıbarədə danışıb.

İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizin bütün bölgələri kimi Şəmkir rayonunda aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: “İpəkçilik Azərbaycan iqtisadiyyatının ənənəvi sahələrindən biridir. Azərbaycan barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tutub. Bu gün dövlətimizin qarşıya qoyduğu əsas məqsəd bu ənənəni bərpa etmək və bu sahədə məhsuldarlığı daha da artırmaqdır. Şəmkir rayonu olaraq biz də bütün imkanlardan istifadə edib, baramaçılığın inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik”.

İcra başçısı bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər qərərgah üzvlərini məlumatlandırıb.

Keçidlər