Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə kənd və qəsəbələrin 95 faizi qazla təmin edilmişdir

09 avqust 2012 | 15:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Şəmkirdə kənd və qəsəbələrin mavi yanacaqla təminatı artıq 95 faizə çatdırılmışdır.
Rayon icra hakimiyyəti başçısının müavini Sabir Quliyev demişdir ki, hazırda 44 yaşayış məntəqəsində 32 min 503 abonent təbii qazla təmin edilmişdir. Hazırda 4 yaşayış məntəqəsində-Bayramlı, Muxtariyyə, Qılıncbəyli və Qaralar kəndlərinin mavi yanacaqla təminatı üçün hazırlıq işləri görülür.

Keçidlər