Şəmkir rayon İcra hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov Dəllər qəsəbə sakinləri ilə görüş keçirmişdir.
30 noyabr 2014 | 16:00
30 noyabr 2014 – cü il tarixdə Şəmkir rayon İcra hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov Şəmkir Oxford məktəbində Dəllər qəsəbə sakinləri ilə görüş keçirmişdir. Görüşdə Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, Rayonun adiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri Dəllər qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin məsul işçiləri, bələdiyyə üzvləri və kənd sakinləri iştirak etmişdir.
Görüşü Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açaraq sakinləri salamlamış və bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasəti nəticəsində respublikamızın regionlarında da infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. Bu, Azərbaycan dövlətinin öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam etməkdədir. Bütün bunların bariz bir nümunəsi kimi göstərmək olar ki, Şəmkir rayonunda böyük bir layihənin Şəmkir Aqropark sənaye kompleksinin tikilməsi planlaşdırılmışdır. Bu Aqropark sənaye kompleksinin tikintisi bütövlükdə Şəmkirin inkişafında mühüm rol oynayacaqdır. Sonra Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov qəsəbə sakinlərini dinləmiş, onların mövcud problemləri ilə yaxından tanış olmuş və onların müraciətlərinin həlli ilə bağlı adiyatı qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.
Görüşün sonunda qəsəbə sakinləri onlarla görüşə gəlib vətəndaşları qəbul etdiyinə və onların problemləri ilə yaxından tanış olduqlarına görə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədova öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra, Şəmkir rayon İcra hakimiyyətinin
Başçısı cənab Alimpaşa Məmmədov Dəllər qəsəbə 1 saylı uşaq baxçasına gələrək baxça işçiləri ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışdır .
Bundan sonra Dəllər qəsəbəsində nəzərdə tutulmuş 120 yerlik uşaq baxçasının tikintisi üçün ayrılmış yerlə tanış olmuş, öz təklif və tövsiyələrini vermişdir.