Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI FASİLƏSİZ 7 SAAT 298 ŞƏMKİR SAKİNİNİN MÜRACİƏTİNİ DİNLƏYİB

28 fevral 2020 | 16:00

Son illər Şəmkirdə əhalinin gündəlik həyat səviyyəsini yüksəltmək, sakinlər üçün lazımi şərait yaratmaq rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən birinə çevrilmişdir.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının bu günki qəbulunda 298 nəfər rayon sakininin müraciəti dinlənilib.

İcra başçısı qəbula gələn vətəndaşlara bildirib ki, Şəmkir Rayon İcra Hakimiyyətinin əsas məqsədi Şəmkir sakinlərinə layiqli xidmət göstərməkdir.

Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Qəbula gələn sakinlər Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Qeyd edək ki, vətəndaşların fərdi qəbulu saat 09:00-da başlayıb 16:40-da başa çatıb.

Keçidlər