Şriftin ölçüsü :

Saytın rəngi :

Hər il olduğu kimi 2020-ci ildə də Şəmkir rayonunun büdcəsinin sosialyönümlülüyü əsas götürüləcək

24 fevral 2020 | 16:00

“Hər il olduğu kimi 2020-ci ildə də Şəmkir rayonunun büdcəsinin sosialyönümlülüyü əsas götürüləcək və ən əsası şəffaf istiqamətləndiriləcək”

Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun sədrliyi ilə Şəmkir rayonunun 2020-ci il üzrə büdcəsi müzakirəsinə həsr edilən iclasda icra başçısı bildirib. İclasda rayon İcra Hakimiyyətinin əməkdaşları və büdcədən maliyyələşən təşkilatların rəhbərləri iştirak ediblər.

A.Məmmədov bildirib ki, 2020-ci il üzrə rayonun büdcəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər zəminində tərtib edilib, rayonun büdcəsinin sosialyönümlülüyü əsas götürülüb.

İcra başçısı bildirib ki, hər il olduğu kimi 2020-ci ildə də əsas məqsəd rayon büdcəsinin doğru-dürüst xərclənməsinə ictimai nəzarəti gücləndirmək, şəffaflığı təmin etməkdir: “Rayonun büdcəsinin düzgün tənzimlənməsi, ayrılmış vəsaitin şəffaf istiqamətlənməsi üçün ciddi addımlar atılacaq”.

 

Keçidlər