Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov Şəmkir, Gədəbəy, Samux rayonlarında və Gəncə şəhərində yaşayan vətəndaşları qəbul edib.
28 noyabr 2014 | 16:00
28 noyabr 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Samux rayonlarında və Gəncə şəhərində yaşayan vətəndaşları qəbul edib.
Qəbulda Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeliyində olan qurumların rəhbərləri iştirak edib və bölgədən olan 40-dan çox vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Qəbul zamanı vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib, digər şikayət və təkliflər dinlənilərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verilib və qaldırılan məsələlər operativ şəkildə araşdırılması və həll edilməsi üçün nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.