Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR GƏNCLƏRİ ŞƏHİDİMİZİ AD GÜNÜNDƏ ZİYARƏT ETDİLƏR

23 fevral 2020 | 16:00

23 Fevral şəhid Xanoğlan Xəlilovun vəfatı ildönümü ilə əlaqədar Şəmkir gəncləri qəhrəmanın məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş 1997-ci il təvəllüdlü Xanoğlan İntizam oğlu Xəlilovun 23 fevral 2017 ci il Şəmkir rayonunun Şeidlər kəndində son mənzilə yola salınıb.

Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov Xanoğlan Xəlilovun qəhrəmanlıq rəmzi olduğunu bildirib. O, Xanoğlan Xəlilovun qısa, lakin şərəfli ömrünün, bənzərsiz qəhrəmanlığının hər bir azərbaycanlı üçün örnək təşkil etdiyini diqqətə çatdırıb.

Mərasimdə Azərbaycan Prezidentinin şəhid ailələrinə, Qarabağ qazilərinə yüksək qayğısından, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinin daim diqqət mərkəzində saxlamasından danışılıb. Bildirilib ki, gənclərimizin ən mühüm vəzifəsi Ali Baş Komandanımızın torpaqlarımızın işğaldan azad edilməsi əmrinə hər an hazır olmaqdır.

Keçidlər