İCRA BAŞÇISI VƏTƏNDAŞLARI QƏBUL EDİB
Son illər Şəmkirdə əhalinin gündəlik həyat səviyyəsini yüksəltmək, sakinlər üçün lazımi şərait yaratmaq rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən birinə çevrilmişdir.
Bu istiqamətdə görülən tədbirlərdən biridə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun vətəndaşlarla görüşüdür.
Hər həftənin beşinci günləri olduğu kimi, bu gün də icra başçısı rayon sakinlərini qəbul edib, 203 nəfərin fərdi şəkildə müraciətlərini dinləyib.
Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər. Arzu və istəkləri reallaşdıran daha bir qəbul günü çoxlarının həyatına uğurlu tarix kimi yazıldı.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700), (050) 511-21-61 fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.