Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ YENİ SEÇİLMİŞ BƏLƏDİYYƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

17 fevral 2020 | 16:00

Bələdiyyələrin koordinasiya şurası yaradılır

Şəmkir rayonunda yeni seçilmiş bələdiyyə üzvləri ilə görüş keçirilib.

Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, RİH əməkdaşları, icra nümayəndələri və rayonun bütün bələdiyyə üzvləri iştirak edirdi.

Tədbirdə giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yeni seçilmiş bələdiyyə üzvlərini bir daha təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı.
İcra başçısı bildirdi ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bələdiyyələrin hüquqi statusu ilk dəfə Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi.

Alimpaşa Məmmədov 2019-cu ilin dekabrın 23-də keçirilən seçkilərdə şəmkirlilərin etimadını qazanmış bələdiyyə sədrlərinə bildirib ki, bələdiyyə üzvləri və bu sahədə xidmət göstərən işçilər xalqın ehtimadını doğrultmalı, əməli işləri ilə rayonumuzun yüksəlişinə, abadlıq-quruculuq işlərinin sürətlə getməsinə təkan verməlidirlər.

Daha sonra iclasın gündəliyinə daxil olan Şəmkir rayonunda bələdiyyə sədrləri şurasının yaradılması, rayonun sosial-iqtisadi inkişafında və yerli əhəmiyyətli məsələlərin həllində İcra Hakimiyyəti və bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə koordinasiya şurasının yaradılması və digər məsələlər müzakirə olunub.

İclasda çıxış edən yeni seçilmiş bələdiyyə sədrləri və üzvləri qarşılarında duran vəzifələri düzgün qiymətləndirməyi bacarararq seçicilərin etimadını doğruldacaqlarını bildirdilər.

Keçidlər