ŞƏMKİRDƏ "İLİN GƏNCİ" SEÇİLMİŞ GƏNCLƏR CƏNAB PREZİDENT TƏRƏFİNDƏN MÜKAFATLANDIRILDI
Bu gün Şəmkir rayonund gənclər siyasəti uğurla həyata keçirilir, gənclərə qabiliyətlərinin göstərmək üçün geniş imkanlar yaradılır. Bunun nəticəsidir ki, rayon gəncləri öz fəaliyyətləri ilə diqqət çəkməyi bacarırlar.
Bu gün gənclərimiz belə diqqətin ən böyüyü ilə qiymətləndirildilər. Belə ki, Şəmkir Gənclərinin İnkişaf və Kareyra Mərkəzinin direktoru, 2017-ci ildə Şəmkir rayonunda "İlin Gənci" seçilmiş Kənan İbrahimov və gənc şairə, 2018-ci ildə "İlin Gənci" seçilmiş Mətanət Qüdsi (Quliyeva Mətanət Elşən qızı) Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə xüsusi mükafata layiq görülüblər.
Sərəncamı olduğu kimi təqdim edirik:
Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2020-ci il Gənclər üçün Prezident mükafatları verilsin:
İbrahimov Kənan Qabil oğlu
Quliyeva Mətanət Elşən qızı
Ağayev Ziya Səbuhi oğlu
Ağazadə Murad Firdovsi oğlu
Əsgərzadə Elmar Etibar oğlu
Hacıyeva Sərvinaz Faiq qızı
Hüseynli Məhərrəm Rüfət oğlu
Kazımzadə Günay Tofiq qızı
Məmmədov Faiq Rəşad oğlu
Rüstəmov Sabir Elşad oğlu.