Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI SAKİNLƏRİN MÜRACİƏTLƏRİNİ DİNLƏYİB

07 fevral 2020 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı bu gün növbəti dəfə rayon sakinlərini müraciətlərinə baxıb.

İcra başçısı qəbula gələn vətəndaşlara bildirib ki, Şəmkir Rayon İcra Hakimiyyətinin əsas məqsədi Şəmkir sakinlərinə layiqli xidmət göstərməkdir.

Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Qəbula gələn sakinlər Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Keçidlər