Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə nazirinin müavini Şəmkirdə vətəndaşları qəbul edib

05 fevral 2020 | 16:00

Fevralın 5-də Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov Şəmkirdə rayonun və ətraf bölgənin vətəndaşlarını qəbul edib.

Qəbuldan öncə nazir müavini və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edərək önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildiriliblər.

Şəmkir Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra vətəndaşların qəbuluna başlanılıb.

Nazir müavininin keçirilmiş növbəti qəbulunda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb və onlar nəzarətə götürülərək nazirliyin aidiyyəti məsul işçilərinə qaldırılan məsələlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi tapşırılıb.

Keçidlər