Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRLİLƏRƏ ŞAD XƏBƏR

03 fevral 2020 | 16:00

Şəmkir rayonun Şəmkir–Zəyəm–Düyərli avtomobil yolunun 18-ci kilometrindən ayrılan Düyərli-Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolunun tikintisinə başlanılıb.

İşlərin gedişatında uzun müddətdir ki, yararsız vəziyyətdə olan yolun eni genişləndiriləcək, yol boyu zəruri olan yerlərdə yararsız hala düşmüş hissələr təmir edilib, yola yeni asfalt örtüyü çəkiləcək.

Tikinti işləri çərçivəsində köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınacaq. Bunun əvəzinə isə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə sözügedən avtomobil yoluna müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək.

Artıq işlərə start verilib, torpaq işlərinə başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri sona çatdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Düyərli-Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolunun tikintisindən sonra əhalinin gediş-gəlişi xeyli asanlaşacaq və avtonəqliyyat vasitələrinin əsas magistirallara rahat çıxışı təmin olunacaq.

Şəmkirdə əhalinin çox sıx şəkildə yaşadığı əraziləri birləşdirən avtomobil yolunun təmirinə görə sakinlər Cənab Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Keçidlər