Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir.

28 noyabr 2014 | 16:00
28 noyabr 2014 – cü il tarixdə Şəmkir rayon İcara Hakimiyyəti başçısı Aparatında, Şəmkir rayon İcra hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarələr, təşkilatlar, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00 – da başlamış və saat  17:20 – dək davam etmişdir.Qəbula yazılmış 98 nəfər vətəndaşın müraciəti dinlənilmiş,vətəndaşlar tərəfindən edilmiş çox saylı müraciətlərin əksəriyyəti  torpaq, mənzil, iş, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur. Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin bir qismi yerində həll edilmiş,digər müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin  həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər