ŞƏMKİR RAYONUNDA KÖNÜLLÜLK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN GƏNCLƏRƏ SERTİFİKATLAR VERİLİB
Şəmkir Heydər Əliyev Mərkəzində Gənclər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbirdə iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov icra hakimiyyətində vərayon ərazisində olan digər təşkilatlarda təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim edib.
İcra başçısı könülü gəncləri əlamətdar tarix münasibətilə təbrik edərək, onlara gündən-günə daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan həyat, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Daha sonra gənclər öz təəssüratlarını bölüşərək öyrəndikləri işlər haqqında ətraflı məlumat verib, onlar üçün belə gözəl şəraitin yaradılmasına görə ölkə Prezidenti Cənab İlham Əliyevə Minnətdarlıqlarını bildiriblər.